6 C
Baku
Saturday, December 14, 2024

Bank, pul və digər borc vərəsəliklə varislərə ötürülə bilərmi?

Vətəndaşları vərəsəliklə bağlı maraqlandıran mövzular çoxdur. Onlardan biri yaranmış borcla əlaqdardır. Vətəndaşın bank, pul və sair borcunun vərəsəliklə varislərə ötürülmə məsələsi qanunvericilikdə necə tənzimlənir?

Məsələ ilə bağlı açıqlama verən vəkil Vüsal Səfərov deyib ki, əgər şəxs ölübsə, həmin şəxsin vərəsələri vərəsə kimi tanınıb, əmlaka sahib çıxırlarsa, Mülki Məcəllənin tələbinə əsasən, həmin şəxsin borcuna da cavabdehdirlər: “Bu baxımdan borcu həmin şəxsin vərəsəsinə yönləndirə bilərlər. Vərəsə – yəni, dünyasını dəyişən şəxsin qohumları, valideynləri, uşaqları və yaxud da birinci, ikinci, üçüncü növbə vərəsələri həmin vərəsəliyi qəbul edirsə, avtomatik olaraq, borca da cavabdeh şəxsə çevrilir. Yəni, vərəsə borcu avtomatik qəbul edir”.

Mənbəe-huquq.az
Son xəbərlər
Digər xəbərlər