Bank rəhbəri 45 min dolları oğuqlayaraq oyun pulları ilə əvəz edib

Cənubi Koreyada bank rəhbərlərindən biri 45 min dollar vəsaiti oğurlayaraq, onları seyfdə əvvəlcədən aldığı oyun pulları ilə əvəzləyib.

Bu barədə “Oddity Central” məlumat yayıb.

Hadisə əməkdaşlardan birinin bank rəhbərinin şübhəli davranışlarını müşahidə etməsi ilə üzə çıxıb. Əməkdaş vəziyyəti rəhbərliyin diqqətinə çatdırıb və aparılan yoxlamadan sonra həmin şəxs vəzifəsindən uzaqlaşdırılıb. İlkin məlumatlara görə, rəhbər oğurladığı bütün vəsaiti geri qaytarıb. Bank isə məsələni hüquq-mühafizə orqanlarına müraciət etmədən daxili qaydada həll edib.

Bildirilir ki, istifadə olunan “oyun pulları”nın üzərində ördək, ayı və digər heyvan təsvirləri olub və onlar real əsginaslardan tamamilə fərqlənib. Ehtimala görə, bu cinayət sxemi kiçik bir filialda həyata keçirilib və seyfə yalnız bir nəfər nəzarət edib.

1 2

MənbəOXU.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər