3 C
Baku
Saturday, December 14, 2024

Bank rəhbəri: Konsolidasiya ilə bağlı təklif olarsa, nəzərdən keçirərik

“PAŞA Bank” ASC-nin gündəliyində konsolidasiya ilə bağlı heç bir məsələsi yoxdur.

Agentlik xəbər verir ki, bu barədə bankın Baş icraçı direktoru, İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

“Mətbuatda bir müddət öncə bununla bağlı xəbərlər yayılmışdı. Yazırdılar ki, guya “PAŞA Bank” digər iki bankla birləşir. Kim bilmir, yazır… Bizim belə bir planımız yoxdur”, – deyə T. Kazımov qeyd edib.

İdarə Heyətinin sədri əlavə edib ki, konsolidasiya ilə bağlı təklif olarsa, bank bunu nəzərdən keçirməyə hazırdır.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər