13 C
Baku
Friday, April 26, 2024

Bank rəhbərliyində yer alan şəxs ölkənin ən bahalı orta məktəblərindən birinə direktor təyin edilib

“Azersun Holdinq” MMC-yə məxsus olan tanınmış “Sabis” məktəbinə yeni rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, Qalib Rəhimov Zakir oğlu “Sabıs Sun Beynəlxalq Məktəbi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib.

“Sabis Sun Beynəlxalq Məktəbi” MMC-yə (Sabis Sun International School) buna qədər isə Bahadır Yeltekin direktorluq edirdi.

Qalib Rəhimov “Azersun Holdinq”ə yaxın olan iki qurumun maliyyəsinə nəzarət edən strukturda çalışır. O, “Azərbaycan Sənaye Bankı” ASC-nin Audit Komitəsinin üzvü və “Azərbaycan Sənaye Sığorta” ASC-nin Təftiş Komissiyasının sədridir.

Q.Rəhimov, Türkiyə Respublikasında Anadolu Universitetinin maliyyə kredit ixtisası üzrə məzunu olmuş, Türkiyə və Azərbaycanda, bir sıra təşkilatlarda, maliyyə sahəsində müxtəlif vəzifələrdə işləmişdir.

“Sabıs Sun Beynəlxalq Məktəbi” MMC  şirkət kimi 2015-ci ildə yaradılıb   500 000 manat nizamnamə kapitalına sahibdir. “Sabis Sun International School” brendi ilə məktəbin 2019-cu ildəki araşdırmaya görə, Azərbaycanda ən bahalı məktəblərdən biridir. Araşdırmada bu məktəbə aid hissədə qeyd edilirdi ki, məktəbdə ibtidai təhsil illik 11 500 manat, orta təhsil isə 11 900 manatdır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər