-3 C
Baku
Sunday, December 15, 2024

“Bank Respublika” 6 mln. manata yaxın xalis mənfəət açıqladı

“Bank Respublika” ASC 2020-ci ilin ilk üç ayı üzrə xalis mənfəəti 5.84 mln. manatlıq xalis  mənfəət etdiyi məlum olub.

Bu barədə bankın 30 sentyabr tarixinə açıqladığı maliyyə hesabatında deyilir.

Bankın cari ilin ilk 9 ayı üzrə faiz gəlirlərinin həcmi  55.65 mln. manat (illik müqayisədə 11% artım), faiz xərcləri 20.25 mln. manat (3% azalma), qeyri-faiz gəlirləri  35.39 mln. manat (47% azalma) və qeyri-faiz xərcləri isə  42.27 mln. manat (9% artım) olmuşdur.

Beləliklə kommersiya bankının əməliyyatı  12.55 mln. manat mənfəətlə tamamlanıb. Bununla belə kommersiya bankı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 6.71 mln. manat ayırma etdikdən sonra bankın xalis mənfəəti 5.84 mln. manat olmuşdur.

Xalis mənfəətdən sonra “Bank Respublika”nın illərin yığılmış zərəri 8.99 mln. manatdan 5,29 mln. manata düşüb. Beləliklə bankın cəmi kapitalı  82.38 mln. manat həcmində olmuşdur.

QİYMƏTLİ KAĞIZLARA MARAĞI ARTIB

“Bank Respublika” ilin əvvəli ilə müqayisədə 9 ayın sonunda aktivlərini 24% azaltmaqla 1 070.04 mln. manata endirib. Aktivlərindəki bu azalmanın səbəbi nağd vəsaitlər, bank və digər maliyyə institutlarına depozitlər və müştərilərinə verdiyi kreditlər olmuşdur.

Bununla belə bankın aktivlərində qiymətli kağızlar üzrə portfel 86% artımla 74.16 mln. manat, banklara və digər maliyyə institutlarına verdiyi kreditlər isə 6% artımla 30.66 mln. manat olmuşdur.

6543245676543q 234567898765432876543

Son xəbərlər
Digər xəbərlər