10 C
Baku
Thursday, December 12, 2024

“Bank Respublika” bazarda mövqeyini gücləndirmək əzmindədir

“Bank Respublika” ASC-nin İdarə Heyəti sədri Asəf Namazov hesabatla bağlı şərhində bir neçə önəmli mesajlar verib. Bu barədə Banker.az-a Bankdan məlumat daxil olub.

Sədr bildirib ki, yaxın zamanda bankın nizamnamə kaöitalının artırılmasına dair qərar qəbul edilməsi gözlənilir: “Qeyd etmək istərdim ki, bank 2017-ci ildən əvvəl verilmiş kreditlər üzrə yarana biləcək risklərin qarşısını almış oldu. Bununla bağlı kapitalın artımı barədə qərar qəbul edilmişdir. Bankın nizamnamə kapitalının artırılması istiqamətində aparılan proseslərin 10 Fevral 2018-ci ildə bitməsi nəzərdə tuturuq. Bankın nizamnamə kapitalının 10 milyon manat həcmində artırılaraq 67,5 milyon manata çatdırılması gözlənilir.”

“Nizamnamə kapitalın artımı, bankın bazardakı mövqelərinin güclənməsinə yönəlmiş inkişaf strategiyası çərçivəsində həyata keçirilir. Bu investisiyalar bankın dayanıqlı inkişafına və etibarlığının möhkəmlənməsinə töhfəsini verəcək.Əlavə cəlb olunmuş vəsaitlər hesabına, bank bazarda yeni və innovativ layihələrin həyata keçirilməsini və müştərilərə təqdim olunan məhsulların yenilənməsini planlaşdırır.” – deyə, bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd etdi.

Son xəbərlər
Digər xəbərlər