“Bank Respublika” ASC-nin Audit Komitəsinə yeni sədr və üzvlər seçilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə, bu günə qədər komitəyə sədrlik edən Üzeyir Fətiyev və eləcə də üzv olan Cavanşir Cəbrayıl-zadə vəzifələrindən uzaqlaşdırılıb.
Əvəzində Audit Komitəsinə bu günə qədər üzv olan Elmar Abasov sədr seçilib. E.Abasov həmçinin adı çəkilən bankın pay sahibi olduğu sığorta şirkəti “Bakı Sığorta”da Direktorlar Şurasının üzvüdür.
Altay Mustafayev və Rauf Atakişiyev isə bankın auditinə nəzarət edən komitənin üzvləri seçiliblər.
Audit Komitəsi – bu qanunvericiliyə uyğun olaraq təsərrüfat subyektində yaradılan, daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkilinə məsul olan struktur bölmədir.