Banker.azın verdiyi məlumata görə Bank Respublika nağd kreditlər üzrə şərtlərdə dəyişiklik edib.
Yeni şərtlərə görə bank faiz dərəcəsini 28-29% dərəcəsinə salmışdır. Məlumat üçün bildirək ki, illik faiz dərəcəsi 30% idi.
Bununla yanaşı, dəyişiklik həmçinin bankın zaminsiz verə bildiyi məbləğin 5000 manata qədər artırılması ilə bağlıdır. Əvvəl zaminsiz kreditlər yalnız 3000 manata qədər verilirdi.