8 C
Baku
Thursday, December 12, 2024

Bank Respublika-nın yeni “İnternet şöbəsi” istifadəyə verildi

Bank Respublika müştəriləri yeni istifadəyə verilmiş “İnternet şöbəsi” vasitəsilə geniş çeşiddə bank məhsullarından faydalanmaq imkanını əldə etdilər. Yeni xidmət istifadəçilərin rahatlığı üçün www.bankim.az veb ünvanda yerləşdirilib. Bankın müştərisi bu xidmət üçün müraciət etdikdən sonra istifadə etdiyi məhsul və xidmətlərlə yanaşı digər bank məhsullarından da yararlanmaq üçün banka gəlmədən müraciət edə bilər. Bu servis tamamilə pulsuzdur və 7/24 iş rejimində xidmət göstərir.

“İnternet şöbəsi” mövcud kreditllər, ödəniş qrafikləri, qalıq borclar və aparılmış ödənişlərin statistikası haqqında ətraflı məlumat əldə etməyə və kredit borcunu “İnternet şöbəsi”-ni tərk etmədən ödəməyə imkan verir. Krediti qısa müddət ərzində rəsmiləşdirmək istəyənlər isə kredit növü və kreditin məbləğini müraciət ərizəsində qeyd edə bilərlər.

Bu xidmətin əsas üstün cəhəti – yerli maliyyə sektorunda plastik kartlarla unikal iş modulundadır ki, müştərinin sahib olduğu bütün plastik kartları və apardığı kart əməliyyatları barəsində statistikanı təfərrüatı ilə təqdim edir. Statistik məlumatlarda konkret kartla xərclədiyiniz məbləğ və məkanlar göstərilir, bu da öz növbəsində müştərilərin şəxsi büdcələrinə düzgün nəzarət etmələrinə köməklik edir.

Plastik kartlara dair, onu da qeyd edək ki, burada həmçinin yeni kartı onlayn sifariş etmək, kart balansını artırmaq və müxtəlif xidmətlər üzrə ödənişlər etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər