1 C
Baku
Saturday, December 14, 2024

Bank Respublika pərakəndə bankçılıq xidmətləri üzrə mükafat qazanıb

Martın 11-də Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən Navigator.az regional biznes portalı “Navigator Business Award” mükafatının qaliblərinin adını açıqlayıb. Qeyd edək ki, mükafat Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən 26 mindən çox şirkəti əhatə edib.

“Pərakəndə bankçılıq xidmətləri üzrə İlin Bankı” nominasiyasında qalib – Bank Respublika seçilib.

Bank bu mükafata, keçirlən araşdırmanın nəticələrinə əsasən, il ərzində müştərilərə təqdim edilən ən müasir və keyfiyyətli bank xidmətlərinə görə layiq görülüb.

“Ölkənin aparıcı banklarından biri kimi, Bank Respublika müasir texnologiyaları tətbiq etməklə müştərilərinə daim müasir və keyfiyyətli xidmətlər göstərməyə çalışır. Müştəriləri və tərəfdaşlarının istəklərinə önəm verən bir Bank olaraq, aldığımız bu mükafat bizi daha böyük nailiyyətlər və davamlı uğurlar əldə etməyə ruhlandırır”, – deyə, bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Банк Республика удостоен награды «Лучший банк по розничным услугам»

 

11 марта региональный бизнес-портал Navigator.az, работающий в Азербайджане и Грузии, назвал победителей конкурса Navigator Business Award. Следует отметить, что награда охватывает более 26 тысяч компаний, работающих в Азербайджане и Грузии.

В номинации «Лучший банк по розничным услугам» победил – Банк Республика!

Банк был удостоен этой награды за самые передовые и качественные банковские услуги, предлагаемые клиентам в течение года, на основании результатов исследования.

«Как один из ведущих банков страны, Банк Республика, благодаря применению современных технологий, старается беспрерывно предоставлять современные и качественные банковские услуги клиентам. Наш Банк уделяет особое внимание мнению клиентов и партнеров, и эта премия вдохновит нас на более значимые достижения и продолжительный успех», – отметил Асаф Намазов, Председатель Правления Банка.

Более подробную информацию можно получить на официальном сайте, фейсбук странице банка или позвонив по номеру 144.

 

Son xəbərlər
Digər xəbərlər