Müştərilərini hər zaman sərfəli və faydalı kampaniyalarla sevindirən Bank Respublika, bu dəfə yeni tədris ili öncəsi ali, peşə-ixtisas və orta məktəblərində ödənişli əsaslarla təhsil alan tələbələr və şagirdlərə təhsil haqqının ödənişi üçün SƏRFƏLİ kredit kampaniyasına start verir.
Kampaniya çərçivəsində, Bank “Təhsil Haqqı” krediti üzrə faiz dərəcəsini endirərək 16%-dən başlayan faiz dərəcəsilə təqdim edəcək. Kredit üzrə maksimal məbləğ 20.000 AZN, maksimal müddət isə 24 ay təşkil edir.
Bundan başqa, kampaniya çərçivəsində müştərilərə MasterCard Gold ödəniş kartı, orta təhsil ocaqlarında təhsil alan 14-18 yaşlı şəxslərə (şagirdlərə) isə, İLK Kart ödəniş kartı HƏDİYYƏ olunacaq.
Krediti rəsmiləşdirilmək üçün təhsil alan tələbənin özü və ya yaxın qohumu müraciət edə bilər.
Kampaniya 20 sentyabr 2019-cu il tarixinədək davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.