“Bank Respublika” Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) 2023-cü ilin yanvarından 2023-cü ilin martına qədər olan dövrdə ümumi məbləği 59 milyon 500 min manat məbləğində yeni kreditlər alıb.
Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Həmçinin bildirilir ki, 28 mart 2023-cü il tarixində bank Belçikanın investisiya şirkəti olan “INCOFIN CVSO CVBA SO” ilə 2 milyon ABŞ dolları ekvivalentində avroda 8 il müddətinə yeni sintetik ABŞ dollarına subordinasiya edilmiş kredit müqaviləsi bağlayıb.
Qeyd edək ki, bankın audit edilməmiş rüblük maliyyə hesabatında onun kredit təşkilatlarına olan borcu 2023-cü ilin ilk rübündə 378 milyon 663.92 min manatdan 424 milyon 774.58 min manata yüksəlib.