16 C
Baku
Thursday, March 28, 2024

“Bank Respublika”nın səhmdarları toplaşır

“Bank Respublika” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirləcək.

Bu barədə Banker.az bankın rəhbərliyinə istinadən xəbər verir.

Məlumata görə yığıncaq 30 may 2022-ci il tarixdə saat 11:00-da, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş ofisində keçiriləcək.

Yığıncağın gündəliyinə iclasın sədrinin və katibinin təyin edilməsi; iclasın gündəliyinin təsdiq edilməsi; 2021-ci il üçün kənar audit yoxlamasının nəticələri haqqında və 2021-ci ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi haqqında.

2021-ci ildə bank uğurlu maliyyə göstəriciləri ilə bitirmişdi və 14.09 milyon manatlıq balansında bölüşdürməmiş mənfəət yaranmışdı.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,461 milyon manatdır. Bankın səhmlərinin 51,15%-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 16,6%-i Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyasına, 15,06%-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 7,41%-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,25%-i Almaniyanın “Sparkassen International Development Trust” şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər