Azərbaycan Beynəlxalq Bankından “Bank Respublika” ASC-yə yeni transfer olub.
Banker.az xəbər verir ki, söhbət Elşən Cəfərovdan gedir.
E.Cəfərov bundan sonra “Bank Respublika”da Biznesin inkişafı üzrə məsləhətçi vəzifəsində çalışacaq.
“Bu mənim üçün yeni başlanğıc və yeni bir yol deməkdir. Bu yeni başlanğıcda mənə dəstək olan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. İnanıram ki, bundan sonra sizləri artıq “Bank Respublika”nın təqdimatında yeni və maraqlı layihələrdən xəbərdar edəcəm”– deyə E.Cəfərov yeni vəzifəsinə dair fikirlərini bölüşərkən bildirib.
O, bank karyerasındakı 6 ilini Azərbaycan Beynəlxalq Bankında keçirib. 2013-2015-ci illərdə CRM şöbəsinin müdiri, 2018-2019-cu illərdə Pərakəndə bankçılıq departamenti direktorunun müavini, 2019-cu ildən bu tərəfə isə Pərakəndə CRM Departamentinin direktoru təyin edilmişdi.