Bank səhmdarı yeni şirkət yaratdı

“Top Properties” MMC yenidən təşkil olunur, yeni şirkət yaradılıb

Banker.az xəbər verir ki, “Top Properties” MMC yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Vertex Development” MMC-nin yaradıldığını elan edib.

Xatırladaq ki, hal-hazırda “Bank Avrasiya”nın nizamnamə kapitalının 49.50 faizinə “Top Properties” MMC, 49.50 faizinə “Azbizneskom” MMC, 1.00 faizlik hissəsinə isə fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğlu sahiblik edir.

“Top Properties” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 149 494 352.5 AZN manatdır və qanuni təmsilçisi Vasif Məcnunovdur.

Son xəbərlər
Digər xəbərlər