Hüquqşünas və lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-nin Kreditorlar Komitəsi sədri Əkrəm Həsənov banklarda cinayət əməllərinin olması barədə iddialar sürmüşdü. Baş Prokurorluğun hüquqşünasın fikirlərini əsassız və faktı təsdiq olunmamış iddia kimi qiymətləndirib. Prokurorluq bildirir ki, bu əmanətçiləri banklarda olan vəsaitlərini geri götürməyə çağırışlar etməklə əhali arasında ajiotaj yaradan, banklardan əmanətlərin qaçışına, likvidlik problemlərinin yaranmasına və nəticə etibarı ilə maliyyə sistemində arzuolunmaz hallara səbəb olma ehtimalı yaradıb və O, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, bankların işgüzar nüfuzuna xələl gətirən, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə oxşar məzmunlu açıq çağırışlar edəcəyi, habelə bu qəbildən olan məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Xatırladaq ki, ötən gün Əkrəm Həsənov Bankın vəzifəli şəxslərinin vaxtı ilə yol verdikləri qanun pozuntuları ilə bağlı məhkəmədə iddia qaldırılacağını bildirmişdi.