6 C
Baku
Sunday, December 15, 2024

Bank sahibi olmuş Etibar Əliyevin ortaq olduğu şirkətin 1.6 mln. manat vergi borcu yığılıb

Azərbaycanda Qubada balıq istehsal, vodka idxalı, mal-heyvan məhsuları tədarükü və hətta Şəmkirdə çınqıl daşları üyüdən istehsalçı şirkət böyük vergi borcu səbəbindən vergi orqanı ilə məhkəmədə üz-üzə gəlib.

Banker.az saytının xəbərinə görə, həmçinin sahiblərindən birinin bağlanan banklardan biri olduğu deyilən “Aqro İnvest və İstehsalat” MMC-dir.

“Aqro İnvest və İstehsalat” İN yanında Dövlət Vergi Xidməti ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edrək, vergi borcu qərarının icrası ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbiri görülməsini tələb edib.

BİM bununla bağlı qərardad qəbul edərək, istehsalçı şirkətinin tələbini təmin edib.

“Aqro İnvest və İstehsalat” 2015-ci ildə 1 mln. manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. 2019-cu ildə açıqlanıb ki, Şirkət kapitalı yarı-yarı azaldılaraq 500 min manata qədər azaldılacaq. Lakin, sonradan, “U” dönüşü ilə, nəinki azaldılmış, hətta 2019-cu ildə nizamnamə kapitalı 15 mln. manata qədər artırılıb.

Həmçinin balıq brendi olan “Dəniz inciləri” bu şirkətə məxsusdur.

İddia edilir ki, bu şirkətin sahibləri Pərviz Hacıyev adlı şəxs və 2016-cı ildə lisenziyası ləğv edilmiş “TexnikaBank”ın sahibi Etibar Əliyev olub. Etibar Əliyev sonradan adıçəkilən şirkətdəki payını Abdullayev Elşən Zöhrab oğlunun (qardaşının kürəkəni) adına rəsmləşdirib. Nizamnamə kapitalı 15 milyon manata çatan ortaq müəssisənin 2019-cu ilin əvvəllərindən ortaqlar arasında narazılıq başlayıb. P.Hacıyev bu narazılığın səbəblərini ötən il internet resursa danışaraq bildirib ki, Etibar Əliyev “Aqro İnvest və İstehsalat” üzərindən çirkli pulların yuyulmasını həyata keçirirdi, Rizvan adlı hansısa yaxın qohumunun iri dövlət səhmdar cəmiyyətinin tikinti layihələrindən əldə etdiyi “otkatı” bu şirkət üzərindən ərzaq almaq adı altında fəaliyyəti kağız üzərində olan şirkətlərə köçürürdü və nəğdləşdirirdi.

Banker.az DVX-nin bazasından aldığı məlumatında, şirkətin vergi borcunun həcmi isə 24 iyun 2020-ci il tarixinə 1.6 mln. (dəqiq: 1 589 245 AZN) olduğu görünür.  5 yaşında olan şirkətin bu qədər vergi borcunun olması bir qədər maraq doğurur.

Qeyd edək ki, Dövlət Vergi Xidməti BİM-in bu qərarından razı qalmayıb, apelyasiya məhkəməsinə üz tutub. Məsələyə orda baxılacaq.

Son xəbərlər
Digər xəbərlər