16 C
Baku
Friday, April 26, 2024

Banklar ilk rübdə 149 mln. xalis mənfəət etdiyini, dövlətə isə 32 mln. vergi ödədiyini açıqladı

Azərbaycanda bank sektoru 2021-ci ilin ilk rübünü  148.8 milyon manat xalis mənfəətlə başa vurub.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 31 mart tarixinə təqdim etdiyi icmal göstəricilərində qeyd edilir.

Bank sektorunun faiz gəlirlərinin həcmi öncəki ilin eyni dövrü ilə müqayisədə 1.3% azalmaqla 495.3 milyon manat, faiz xərclərinin həcmi 4.4% azalma ilə  129 milyon manat, qeyri-faiz gəlirlərinin həcmi 1.8% azalma ilə 170.8 milyon manat və qeyri-faiz xərclərinin həcmi 0.9% azalma ilə 301.7 milyon manata düşüb.

Nəticədə ölkənin banklarının əməliyyatı 220.8 milyon manat (öncəki ilin eyni dövrü: 217.7 milyon manat) olmuşdur.

Azərbaycanda fəaliyyət göstərən banklar 39 milyon manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edilib (2020: əksinə 22.1 milyon vəsait daxil olmuşdu) ki, bankların vergidən öncəki mənfəəti 180.9 milyon manat təşkil edib.

Sektor 32.1 milyon manat mənfəət (gəlir) vergisi ödədikdən sonra xalis mənfəəti 148.8 milyon manat olmuşdur. Qeyd edilməlidir ki, bank sektorunun bu il öncəki ildən (163 milyon manat) az xalis mənfəət etməsinə səbəb problemli aktivlərə ayırmaların artmasıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər