Azərbaycan bankları 2019-cu ilin ilk iki ayında 319.3 mln. manatlıq faiz gəliri, 99.2 mln. manatlıq qeyri-faiz gəliri, o cümlədən, 96.3 mln. manatlıq faiz xərci və 164.2 mln. manatlıq qeyri-faiz xərci ediblər.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 mart 2019-cu il tarixinə olan bank icmalında deyilir.
Bankların faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz artıra biliblər.
Lakin, qeyri-faiz xərclərinin (ötən ilin müvafiq dövründə 142.9 mln. manat) bu il çox olması hesabına bankların əməliyyat mənfəəti bu il ötənilki göstərici ilə, yəni, 113.7 mln. manat olmaqla eyni qalıb.
Lakin bu il 55,4 mln. manatlıq aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar hesabına ötən ilki göstəricini təkrar etməyib və iki ay ərzində 49.2 mln. manatlıq xalis mənfəət ediblər. Bu da ötən ilkindən 2,87 dəfə az olması deməkdir.
Qeyd edək ki, ötən il 30,8 mln. manatlıq problemli kredit, əksinə geri qayıtmışdı və banklar 141.3 mln. manat xalis mənfəət əldə etmişdi.