-3 C
Baku
Sunday, December 15, 2024

Bank sektorunun vergi ödənişi 10 qat artıb – SİYAHI

Azərbaycanda bank sektoru 2019-cu il ərzində 536,9 milyon manatlıq xalis mənfəət əldə edib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 92%-dən çox artımın baş verməsi deməkdir.

Banklar il ərzində 1 milyard 922,2 milyon manatlıq faiz gəliri və 547,9 milyon manatlıq faiz xərci çəkib ki, nəticədə sektorun faizdən xalis gəliri 1 milyard 330,3 milyon manata çatıb – bu illik müqayisədə 14% daha çox olması deməkdir.

Bunan əlavə banklar 723,7 milyon manatlıq qeyri-faizi gəliri əldə edib, 1 milyard 205 milyon manat qeyri-faiz xərci ediblər. Nəticədə, sektorun əməliyyatı illik 849 milyon manatlıq mənfəəətlə tamamlanmışdır. Bundan əlavə bank sektoru 177,3 milyon manatlıq zərərli aktivlərə ayırmalar və 156,1 milyon manatlıq isə mənfəət vergisi ödəməli olmuşdur.

Qeyd kimi bildirək ki, Azərbaycanda bank sektoru 2018-ci il ərzində cəmi 15,5 milyon manatlıq mənfəət vergisi ödəmişdilər, bu da 2019-cu ildə 10 dəfədən çox ödəniş etməsi deməkdir.

Mənfəət vergisi ödəyən banklar:

3287wd42

Son xəbərlər
Digər xəbərlər