5 C
Baku
Saturday, December 14, 2024

Bank sektorunun xalis mənfəəti 500 mln. manatı ötdü

Azərbaycan banklarının 2021-ci ilin ilk üç rübü ərzindəkı xalis mənfəəti 505.6 milyon manat təşkil edib.

Banker.az bu barədə Azərbvaycan Mərkəzi Bankının 30 sentyabr 2021-ci il tarixə təqdim etdiyi icmal göstəricilərə istinadən xəbər verir.

Bank sektoru cari ilin yanvar-sentyabr ayları ərzində 1,545.8 milyon manat həcmində faiz gəliri əldə etmiş, bu da illik müqayisədə 8.1% artım deməkdir. Bankların faiz gəlirlərinin 1 242.4 milyon manatı kreditlərin faizləri üzrə gəlirlərdir.

Banklar ilin ilk 9 ayında 397.1 milyon manat faiz xərci, 625.1 milyon manat qeyri-faiz gəlirləri, 1 020.8 milyon manatı qeyri-faiz xərcləri təşkil etmişdir. Bu da əməliyyat mənfəətinin 723.8 milyon manat olması deməkdir.

Bank sektoru ilin ilk üç rübündə 125 milyon manat problemli kreditlər üzrə ayırmalar etmiş, 93.8 milyon manat mənfəət vergisi ödəmiş və beləliklə, 505.6 milyon manat xalis mənfəət təşkil edib. Öncəki ilin müvafiq dövründə 512.8 milyon manat idi.

 

Son xəbərlər
Digər xəbərlər