9 C
Baku
Monday, November 17, 2025

“Bank Standard”a yeni baş direktor təyin olunub-RƏSMİ

12 iyul 2016-cı il tarixində “Bank Standard” KB-nın müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka baş direktor təyin olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, “Bank Standard”da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə MBNP tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunub.

Xalid Əhmədov
Xalid Əhədov

Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub.

Sanasiya proqramı çərçivəsində, X. Əhədov bankın İdarə Heyətinin sədri səlahiyyətlərini icra edərək, 3 avqust 2016-cı il tarixinədək “Bank Standard”ın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.

Son xəbərlər
Digər xəbərlər