21 C
Baku
Monday, May 27, 2024

“Bank Standard”ın kredit portfelinin 60%-i təminatsızdır

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin kredit portfeli bu il martın sonuna 747,4 mln. manat təşkil edib.

Bu barədə Bankın Kreditorlar Komitəsinin ilk iclasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bu kreditlər 24 026 fiziki və hüquqi şəxsə verilib: “Bank Standard”ın işlək kreditlərinin həcmi 40,5 mln. manatdır ki, bunun da 33,3 mln. manatı təminatlı kreditlərdir. Qeyri-işlək kreditlər isə 707 mln. manatdır. Bunun isə 271,2 mln. manatı təminatlı kreditlərdir. Ümumilikdə, təminatsız kreditlər 442,9 mln. manatdır”.

A.Cavadov onu da əlavə edib ki, audit şirkətlərinin rəyinə əsasən, kreditlərdən əldə olunması ehtimal edilən likvid vəsait 112,3 mln. manat olacaq. Bankın satıla biləcək əmlakının dəyəri isə təxminən 46 mln. manatdır.

Kreditorlar Komitəsində hamılıqla təmsil olunmadıqlarından narazılıq yaranıb

“Bank Standard” QSC-nin bu gün keçirlən Kreditorlar Komitəsinin ilk iclasına qatılmış, Komitənin üvzü olmayan fiziki şəxslər Komitəyə cəmi 20 nəfərin daxil olmasından narazılıq ediblər.

Reportun məlumatına görə, onlar Bankdakı vəsaitlərin qaytarılması zamanı maraqlarının lazımi səviyyədə qorunmayacağından narahat olduqlarını deyiblər.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov isə narahatlığa heç bir əsas olmadığını, sadəcə 150 minə yaxın kreditorun hamısının Kreditorlar Komitəsinə daxil edilməsinin, onların hamısının Komitənin iclaslarına çağırılmasının texniki baxımdan mümkün olmadığını bildirib. Bununla belə, o Kreditorlar Komitəsinin üzvlərinin sayının bir qədər artırılmasını istisna etməyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər