Aprelin 17-ə Ali Məhkəmədə “Bank Standart”dan əmanətlərinin qaytarılmasını tələb edən əmanətçilərin şikayətinə baxılacaq.
Banker.az xəbər verir ki, bu barədə Turan Agentliyinə əmanətçi Arzu Səmədova deyib.
Onun 60 min dollar həcmində əmanəti “Bank Standart” müflis olub ləğv olunduğunu elan edəndən sonra qaytarılmayıb.