2019-cu il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 116,4 milyon manat təşkil edib. Onun 12 milyard 108,7 milyon manatı uzunmüddətli kreditlər olub.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,3 faizini təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə 2019-cu ilin dekabr ayında bank və digər kredit təşkilatlarının kredit portfeli 2 milyard 552,4 milyon manat və yaxud 20% artıb.
Bildirək ki, 2018-ci ilin dekabr ayının 1-nə isə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 564,2 milyon manat təşkil edib. Onun 9 milyard 870,2 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,4 faizini təşkil edib.
Onu da qeyd edək ki, 2019-cu ilin noyabr ayının 1-nə bank və digər kredit təşkilatlarının kredit portfeli 14 milyard 446 milyon manat olub.