5 C
Baku
Saturday, December 14, 2024

Bank və kredit təşkilatları Naxçıvanda verilən kreditləri artırıb – Məbləğ

2021-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 146 milyon 65 min 300 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 22,3 faiz çoxdur.

Banker.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, verilmiş kreditlərin 16 milyon 734 min 100 manatı və yaxud 11,5 faizi qısamüddətli, 129 milyon 331 min 200 manatı və yaxud 88,5 faizi uzunmüddətli kreditlər olub.

Bundan başqa, Naxçıvanda vəsait qoyuluşları çərçivəsində 2021-ci ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 664 milyon 188 min 700 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 0,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 638 milyon 141 min 300 manatı və ya 96,1 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

 

Son xəbərlər
Digər xəbərlər