22 C
Baku
Tuesday, April 23, 2024

Bank və kredit təşkilatlarında rotasiyanın əhəmiyyəti

Müəllif: Raqil Quliyev, V.F.Azerkredit, Aparıcı Kredit mütəxəssisi

Bu gün bazarda bank və kredit təşkilatlarının sayı getdikcə artır. Hər bir bank və kredit təşkilatı bazarda davamlı rəqabətlilik üçün çeşidli məhsullar təqdim edir və şərtləri yumşaldırlar. Bu cür hallar banklar və kredit təşkilatlarının kredit riskini getdikcə artırır.

Bu risklərin qarşısını almaq üçün bank və kredit təşkilatları öz prosedura qaydalarına daimi baxış keçirməli və yaranan boşluqları aradadan qaldırmalıdır.

Müştərini bildiyimiz kimi əsasən kredit mütəxəssisləri cəlb edir. Kredit mütəxəsisinin peşəkarlığı nə qədər yüksək olarsa kredit riski demək olar ki, bir o qədərdə aşağı olar.

Banklar və kredit təşkilatları kredit riskini azaltmaq üçün rotasiyadan istifadə etmələri daha doğru olardı. Rotasiya 2 formada olur: Coğrafi və Portfel rotasiyası.

Coğrafi rotasiya dedikdə kredit mütəxəssislərinin bir filialdan digər filiala keçirilməsi başa düşülür. Bu rotasiyanın müsbət və mənfi cəhətləri vardır. Kredit mütəxəsisi bir bazarda uzun müddət işləyir və bazarı yaxşı tanıdığını düşünür. Kredit mütəxəsisinin özündə bu arxayınlığı nəticəsində müştəri analizini düzgün qiymətləndirmir. Müştərinin yarana biləcək risklərini görmür. Buda gələcəkdə kredit riskinin artmasına gətirib çıxardır. Bir ərazidə uzun müddət işlədiyi üçün etibarlı müştərilərin gətirdiyi yeni müştəriləridə analiz etməyə məsuliyyətlə yanaşmır. Belə halların tez-tez baş verdiyi üçün kredit riskləri kritik vəziyyətə çatır.

Portfel rotasiyası dedikdə kredit mütəxəsisinin müştərilərin dəyişməsi başa düşülür. Kredit mütəxəssisi bir müştəri ilə bir neçə dövr işləyir. Müştəri ilə kredit mütəxəsisi arasında daha yaxın münasibətlər yaranır. Müştəri 4-5 ci dəfədirki kredit götürüb vaxtı-vaxtında ödədiyi üçün kredit mütəxəsisi müştəriyə tam inanır. Müştəri yenidən müraciət edəndə kredit mütəxəsisi ona etibar edir, müştərini analiz edərkən diqqətsizlik edir. Müştərinin biznesində yaranmış problemlərə göz yumur. Beləliklə müştərinin gələcək ödəmə qabiliyyəti riskə düşür. Müştəri təkrar kredit götürərkən yeni kredit mütəxəsisiylə işləsə daha yaxşı olar. Yeni kredit mütəxəsisi müştərini daha diqqətli və ətraflı analiz dedər. Belə olan halda müştəri artıq başa düşür ki bankda qanun çox yaxşı işləyir, oda ödənişinə məsuliyyətlə yanaşır. Beləliklə kredit riski daha aşağı düşə bilər.

Rotasiya zamanı kredit mütəxəssislərinin peşəkarlığı daha da artır. Bank və kredit təşkilatının nüfuzu bazarda dahada yüksəlir. Bazardakı davamlı rəqabətə tab gətirməyi bacarır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər