Səyahət sığortası nədir?
Səyahət sığortası vətəndaşın ölkədən kənarda istirahəti zamanı yaşana biləcək hadisələrdən sığortalanmasını, maddi, mənəvi zərərin ödənilməsini nəzərdə tutur. Səyahət sığortası üzrə sığorta ödənişi bir sıra hallar üzrə həyata keçirilə bilər. Bura sığorta olunanın ölkədən xaricə səfər zamanı xəstələnməsi halında xərclərin tam və ya qismən ödənilməsi, bədbəxt hadisə nəticəsində sağlamlığın pozulması ilə əlaqədar zəruri tibbi xərclərin ödənilməsi, sığorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərinin əvəzinin tam və ya qismən ödənilməsi daxildir.
Bəs səyahət edən şəxsə dəymiş zərər necə ödənilir?
Xarici ölkələrdə turistin sığortası ilə sığorta şirkətinin həmin ölkədəki tərəfdaşı məşğul olur. Bu tərəfdaşın əlaqə vasitələri sığorta müqaviləsində göstərilir.
Səyahət Sığortası Kartını necə əldə etmək olar?
Xaricə yola düşərkən, ilk öncə yolunuzu AGBankın filialından salın. Burada Siz həm səyahət sığortası kartını, həm də AGBankın ödəniş kartını AZN, USD, EUR və ya GBP valyutalarında əldə edə bilərsiniz. Bir çox səfirliklər, viza üçün müraciət zamanı səyahət sığortası və hesab qalığı haqda məktub tələb edir, hansıları ki Siz 1 ünvanda, AGBankın istənilən filialında əldə edə bilərsiniz. Çox rahat və vaxta qənaətli!
AGBank. Zəngin olmaq – haqqınızdır!