1 C
Baku
Saturday, December 14, 2024

Bank və sığortaya lisenziya yalnız Prezidentin razılığı ilə veriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası yalnız bank və sığorta fəaliyyətinə lisenziyanın verilməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıracaq.

Banker.az xəbər verir ki, bu, Palatanın yeni Nizamnaməsində öz əksini tapıb.

Belə ki, İdarə Heyətinin qanunla müəyyən olunmuş hallarda və qaydada maliyyə bazarları sahəsində lisenziyalaşdırma (bank və sığorta fəaliyyətinə lisenziya verilməsinə münasibətdə – Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla) və icazələrlə bağlı qərar qəbul etmək vəzifəsi var.

Əvvəlki Nizamnamədə qeyd edilirdi ki, Direktorlar Şurası qanunla müəyyən olunmuş hallarda, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, maliyyə bazarlarında lisenziyalaşdırma və icazələr barədə müvafiq qərarlar qəbul edirdi. Yəni, bütün təşkilatlara lisenziyaların verilməsi Prezidenti ilə razılaşdırılırdı.

Yeni Nizamnamə ilə Palatada Dİrektorlar Şurası Ləğv edilib. Qərarları İdarə Heyəti qəbul edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər