Bakı şəhərinin Səbail rayonunda sentyabrın 05-də Bank VTB (Azərbaycan) ASC-nin “İçəri Şəhər” filialının açılış mərasimi keçirildi.
Yeni filialda fiziki və kıçık bizneslə məşqul olan sahibkarlar geniş çeşidli bank xidmətlərindən istifadə edə bilərlər.
Filialın açılış mərasimində Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, həmçinin VTB Qrupunun nümayəndələri iştirak etmişlər.
Hörmətli qonaq qismində Rusiya Federasiyasının Azərbaycandakı səlahiyyətli səfiri cənab Vladimir Doroxin iştirak edib.
Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü Anna Skrınçenko qeyd etdi: “Bank VTB (Azərbaycan) ASC filial şəbəkəsini fəal genişləndirir. 2014-cü ilin sonuna qədər Bakıda və regionlarda daha 5 satış nöqtəsinin açılması planlaşdırılır. Xüsusilə vurğulamaq istərdim ki, bütün filiallar müştərilər üçün maksimal əlverişli yerdə yerləşir. Məsələn, bu gün biz Bakı şəhərinin ən mənzərəli və tarixli guşələrindən birində, mərkəzdə yerləşirik”.