10 C
Baku
Friday, December 13, 2024

Bank VTB (Azərbaycan) “Bakı-Moskva” rubl kartını istifadəyə verdi

Bank VTB (Azərbaycan)-ın “Bakı-Moskva” rubl kartı ilə Rusiyada pul xərcləmək daha sərfəli oldu. Bankın yeni kartı Cash Back funksiyası sayəsində Rusiya ərazisində nağdsız əməliyyatlar vasitəsilə xərclənən məbləğin 0,5%-ni geri qaytarır.

“Bakı-Moskva” kartı nağdsız ödənişlərin aparılması, eləcə də nağd vəsaitlərin çıxarılması üçün nəzərdə tutulan debet rubl kartıdır. Kartın müddəti müştərinin seçimindən asılı olaraq 24 və 36 ay təşkil edir.

“Bakı-Moskva” kartı ilə digər ölkələrdə də istifadə etmək mümkündür, bu zaman rubl müştəriyə tələb olunan valyutaya konvertasiya olunacaq.

Nağd valyutanın çıxarılması üçün VTB-nin güzəştli bankomat şəbəkəsindən istifadə olunduqda komissiya bank VTB (Azərbaycan)-ın tariflərinə uyğun tutulacaq. VTB-nin güzəştli bankomat şəbəkəsinə VTB (Azərbaycan), VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), eləcə də Rusiyada VTB24 və Poçta bank-ın ATM-ləri daxildir. Azərbaycan ərazisində güzəştli şəbəkəyə PashaBank və AccessBank  bankomatları daxildir.

Son xəbərlər
Digər xəbərlər