Fevralın 27-də Gəncə şəhərində Bank VTB (Azərbaycan)ın ilk regional filialı açılıb. Bankın “Gəncə” filialı şəhərin mərkəzində Atatürk prospekti, 234 ünvanında yerləşir.
Yeni ofisdə bankın müştərilərinə geniş çeşidli bank məhsulları təklif olunacaq, sərfəli şərtlərlə kreditlər, depozitlər, pul köçürmələri, kommunal ödənişlər üzrə xidmətlər təklif olunur.
“Gəncə” filialı Naftalan, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux, Şəmkir əhalisinə də xidmət göstərəcək.