-3 C
Baku
Sunday, December 15, 2024

Bank VTB (Azərbaycan)-ın kollektivi qanvermə aksiyası keçirib®

Bank VTB (Azərbaycan) Talassemiya mərkəzi, eləcə də Hematologiya və trаnsfuziologiya institutu ilə birgə talassemiyadan əziyyət çəkən uşaqlar üçün növbəti qanvermə aksiyasını keçirib.

Qanvermə aksiyası VTB (Azərbaycan)-ın baş ofisində keçirilib. Aksiyada bankın 40 əməkdaşı iştirak edib. Nəticədə 10 litrdən çox qan yığılıb.

“Bankımız müntəzəm olaraq korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir sıra layihələr həyata keçirir. Qanvermə aksiyası bankımızda ilk dəfə keçirilmir. Bu dəfə o, “Biz sizinləyik” adlı şüar altında reallaşdırılıb. Talassemiyadan əziyyət çəkən xəstələrin sistematik olaraq qan köçürülməsinə ehtiyacları var. Biz bu xəstəliklə mübarizə aparan hər kəsə öz dəstəyimizi göstərmək istəyirik. Belə tədbirlərlə biz onlara kömək etmək imkanı qazanırıq”- deyə, bank VTB (Azərbaycan)-ın Reklam,marketinq və xüsusi layihələr üzrə şöbəsinin müdiri Nigar Kərimova bildirib.

MG 5584

DSC01494

DSC01496

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər