Bank VTB (Azərbaycan) müştərilərə yeni ipoteka proqramından istifadə edərək şəxsi mənzilə sahib olmaq imkanı verir. Bankın ipoteka krediti üzrə minimal faiz dərəcəsi 12% təşkil edir və alınan əmlak üçün edilən ilkin ödəniş, eləcə də kreditin müddətindən asılı olaraq dəyişə bilər.
Minimal ilkin ödəniş əmlak dəyərinin 20%-i qədərdir. Kreditin məbləği 10 000 – 275 000 manat təşkil edir və 6 aydan 25 il müddətinədək verilir.
Kredit hesablandıqda müştərinin gəlirilə yanaşı onun ailə üzvlərinin də gəliri nəzərə alına bilər. Ilkin ödənişin məbləği 40% və daha çox olduğu halda müştərinin ödəniş qabiliyyəti təhlil olunmur. İpoteka proqramı təkrar və ilkin bazarlardakı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olan mənzillərə şamil olunur.
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: [email protected] www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidmət