-1 C
Baku
Sunday, December 15, 2024

“Bank VTB Azərbaycan” mənfəət açıqladı

“Bank VTB Azərbaycan” 2020-ci ilin yanvar-sentyabr aylarını 2 milyon 585 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrünu isə bank 6 milyon 363 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, illik müqayisədə “Bank VTB Azərbaycan”ın mənfəəti 3 dəfəyə yaxın azalıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

“Bank VTB Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri faiz gəlirləri) 8 milyon 775 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri faiz xərcləri) 14 milyon 350 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 5 milyon 575 min manat əməliyyat zərəri yaranıb.

FAİZ GƏLİRLƏRİ ARTIB, FAİZ XƏRCLƏRİ AZALIB

Bu ilin 9 ayı ərzində “Bank VTB Azərbaycan”ın faiz gəlirləri 6 milyon 955 min manat (illik müqayisədə 12% çox), qeyri-faiz gəlirləri 1 milyon 820 min manat (2 dəfə az), faiz xərcləri 2 milyon 188 min manat (11% az), qeyri-faiz xərcləri 12 milyon 162 min manat (8% çox) olub.
31 Sentyabr 2020-ci il tarixində Bank VTB Azərbaycan 187 milyon 5 min manat cəmi aktivlərə malik olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 19% artıb. Bu ilin 9 ayında müştərilərə verilmiş kreditlər 76 milyon 194 min manat təşkil edib.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

gll

qff 1
Son xəbərlər
Digər xəbərlər