“Bank VTB Azərbaycan” bu ilin ilk rübünü 179 min manat mənfəətlə başa vurub. Ötən ilin ilk rübündə bankın mənfəəti 1 milyon 399 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Yanvar-mart aylarında “Bank VTB Azərbaycan”nın gəlirləri 5 milyon 381 min manat (illik müqayisədə 3.8 dəfə çox), xərcləri 6 milyon 11 min manat (26.5 % çox) təşkil edib. 2020-ci ilin eyni aylarında isə bankın gəlirləri 1 milyon 409 min manat, xərcləri 4 milyon 751 min manat olub.
Cari ilin ilk rübündə “Bank VTB Azərbaycan”nın aktivləri 184 milyon 381 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 1.5% azdır.
KREDİT PORTFELİ BÖYÜYÜB
Bankın müştərilərə verdiyi kreditlər 141 milyon 588 min manat olub. Belə ki, “Bank VTB Azərbaycan”nın kredit portfeli 3 ayda 12.5% böyüyüb. İstehlak kreditləri 20 milyon 885 min manatdan 23 milyon 51 min manata, biznes kreditləri 82 milyon 371 min manatdan 93 milyon 583 min manata, daşınmaz əmlak kreditləri 22 milyon 613 min manatdan 24 milyon 953 min manata çatıb.
“Bank VTB Azərbaycan”nın öhdəlikləri 2.6% azalaraq 120 milyon 251 min manat, kapitalı isə 0.3% artaraq 64 milyon 130 min manat olub. Bankın yanvar-mart aylarında depozit portfeli 66 milyon 200 min manat, o cümlədən fiziki şəxslərin depozitləri 39 milyon 42 min manat, hüquqi şəxslərin depozitləri 27 milyon 158 min manat təşkil edib.