16 C
Baku
Saturday, April 27, 2024

Bank VTB (Azərbaycan) premium kartları üzrə tarifləri endirib

Bank VTB (Azərbaycan)  fiziki şəxslər üçün premium kartlar üzrə xidmət haqqını 40% aşağı salıb. Belə ki, indi Visa Gold kartı üzrə 3 illik xidmət haqqı 70 manatdan 45 manata, Visa Platinum kartı üzrə  isə 140 manatdan 80 manatadək endirilib. Kartın əldə edilməsi üçün ilkin ödəniş tələb olunmur.

Bankın kart sahibləri VTB (Azərbaycan)-ın, eləcə də NIKOIL Bank, AzərTürk Bank və Bank of Baku kimi tərəfdaş bankların bankomatlarından vəsaitlərini əlavə komissiyasız nağdılaşdıra bilər. Bundan başqa, ölkə xaricində – Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid ATM-dən də pul vəsaitlərini banklararası komissiyasız çıxarmaq mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər