“Bank VTB (Azərbaycan)” 2019-cu ilin 9 ayı ərzində 6,22 mln. manatlıq faiz gəliri, 2,45 mln. manat faiz xərci, 3,29 mln. manatlıq qeyri-faiz gəliri və 11,3 mln. manatlıq qeyri-faiz xərci edib.
Banker.az xəbər verir ki, bu barədə kommersiya bankının 2019-cu ilin III rübü üzrə maliyyə hesabatında deyilir.
Bununla da bankın gəlirləri xərclərindən az olmaqla bankın əməliyyatı 5,39 mln. manat zərərlə bitib. Lakin, 11,76 mln. manatlıq problemli kreditin dönüşü hesabına bankın xalis mənfəəti 6,36 mln. manat təşkil edib.
Hazırda bankın cəmi aktivləri 151,22 mln manat cəmi öhdəlikləri 89,59 manat və cəmi kapitalı isə 61,63 mln. manatdır.