15 C
Baku
Friday, April 26, 2024

“Bank VTB (Azərbaycan)”nın İdarə Heyətinin sədri dəyişir – Yeni sədr kimdir?

Azərbaycanda fəaliyyət göstərən beşinci ən böyük səhm kapitalına sahib olan “Bank VTB (Azərbaycan)” ASC-nin sədri dəyişir.

Banker.az-ın əldə etdiyi məlumata görə, 2017-ci ilin aprel ayından İdarə Heyətinin sədri olan Kirin Yevgeniy Anatolyeviç bankdakı vəzifəsindən ayrılır.

Bankın mətbuat xidmətindən Banker.az-a bununla bağlı sorğuya cavab olaraq bildirilib ki, “Yevgeniy Kirin hazırda məzuniyyətdədir və qayıdandan sonra həqiqətən VTB Azəbaycan-dan ayrılacaq”.

yevgeni kirin vtb
Yevgeni Kirin

Bankdan bildirilib ki, Y.Kirini bu vəzifədə müvəqqəti icraedici olaraq hazırda İdarə Heyətinin üzvi olan Borodin Yevgeny Valeriyeviç əvəz edəcək.

“VTB Azərbaycan-nın İdarə Heyətinin sədri vəzifəsini müvafiq attestasiyadan sonra müvəqqəti olaraq İdarə Heyətinin üzvü Yevgeniy Borodin icra edəcək. Bank gələcək kadr qərarlarını bir müddət sonra açıqlayacaq” – deyə, saytın sorğusunu cavablandırarkən bildirilib.

Y.Borodin 2020-ci ilin dekabrından “Bank VTB (Azərbaycan)”nın Pərakəndə biznesin inkişafı üzrə direktorudur. O, 2021-ci ilin aprelindən “Bank VTB (Azərbaycan)”nın İdarə Heyətinə təyin edilib.

Bank VTB (Azərbaycan) – 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Hazırda 315.85 milyon manat nizamnamə kapitalına malikdir. Banker.az-ın 2021-ci ildəki renkinqinə görə ölkədə ən böyük nizamnamə kapitalına sahib beşinci ən böyük bankdır. Bankın səhmlərinin 99.9999% “Bank VTB”-yə, 0.0001%-i isə Adıgözəl Ağayevə məxsusdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər