23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanda ən böyük səhm kapitalına sahib olan banklar açıqlandı (RENKİNQ)

Banker.az saytı Azərbaycanda fəaliyyət göstərən 24 bankdan* 12 mart 2021-ci il tarixinə bankların səhm (nizamnamə) kapitalına görə bankların renkinqi açıqlayıb.

Siyahıya ən böyük bank kimi dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Banki” ASC-dir. ABB-nin nizamnamə kapitalının 1 milyard 241.29 milyon manatdır.

İkinci sırada isə “Yelo Bank” ASC 378 milyon manatla dayanır. Üçüncü bank kimi isə ASC “Xalq” bankıdır. Bu bankın nizamnamə kapitalı  364.77 milyon manat təşkil edib.

* Bank Melli İran və Pakistan Milli Bankı Azərbaycanda filial kimi fəaliyyət göstərir.

3333

Nizamnamə kapitalı – iqtisadi subyektlərin maliyyə vəziyyətləri barədə təsəvvür yaratmağa imkan verən ən vacib göstəricilərdən biridir. Nizamnamə kapitalı təşkilatın kapitalının ən sabit elementlərindəndir və onun dəyişdirilməsi müəyyən edilmiş qaydada qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.

Eyni zamanda, təşkilatın öhdəliklərinin icrasının təminatı baxımından nizamnamə kapitalı onun nizamnaməsindən irəli gələn vəzifələrinin icrası üçün lazım olan vəsaitlərin formalaşma mənbəyidir. Nizamnamə kapitalı gələcəkdə gəlir əldə etmək məqsədi ilə həyata keçirilən fəaliyyət üçün ilkin kapitaldır.

Qanunvericiliyə görə,  səhmdar cəmiyyətin nizamnamə kapitalının minimum həddi – qapalı səhmdar cəmiyyəti üçün 2000 AZN, açıq səhmdar cəmiyyəti üçün 4000 AZN məbləğində müəyyən edilmişdir.

Hazırda banklar üçün AMB tərəfindən müəyyən olunan minimal məbləğ 50 milyon AZN-dir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər