Azərbaycan 2020-ci ilin ilk 3 ayı ərzində “Bank VTB (Azərbaycan)” ASC-nin faiz gəlirləri 4,8% artaraq 2,15 mln. manat təşkil edib.
Banker.az bu barədə kommersiya bankının cari ilin 1-ci rübü (R1) üzrə göstəricilərində deyilir.
“Bank VTB Az.”nin faiz gəlirlərinin əsas hissəsi olan müştərilərə verdiyi kreditlər üzrə faizlərin həcmi 1,67 mln. manat (+46%) bank və maliyyə institutlarına verdiyi kreditlərdən gəliri 0,15 mln. manat ( 4 dəfə artım) və yatırdığı deöozitlər üzrə faiz gəliri isə 0,13 mln. manat (-60%) təşkil edib. Bankın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə tamamən dayanıb.
Bankın faiz xərcləri isə R1 ərzində 0,67 mln. manat təşkil edib, bu illik müqayisədə 60% azalma olması deməkdir. Azalma səbəbi isə müştərilər tərəfindən cəlb etdiyi depozitlər üzrə faiz ödənişlərinin 0,55 mln. manat (-24%) təşkil edib, bu öncəki illə müqayisədə azalmasıdır. Bununla belə bankın Mərkəzi Bank və digər orqanlar qarşısında faz xərci 0,12 mln. manat təşkil edib.
Bankın xalis faiz qazancı isə R1-dəcə 1,18 mln. manat təşkil edib, bu pncəki illə müqayisədə iki qat artım deməkdir.
Qeyri-faiz gəlirlərində isə öyrəşilməyən hadisə ilə üzləşilib. Belə ki, bank xarici valyuta əməliyyatları üzrə alqı-satqıda 1,5 mln. manat üzərində ziyan görüb, əlavə olaraq 4,08 mln. manatlıq qeyri-faizi xərci olub.
Beləliklə bankın əməliyyat zərərinin həcmi 3,64 mln. manat təşkil edib. Yalnız, 5,04 mln manatlıq problemli kreditlərin geri dönüşü bankı zərədən xilas edib və 1,4 mln manatlıq xalis mənfəətlə R1-i bağlamalı olub.