25 C
Baku
Saturday, July 27, 2024

“Bank VTB (Azerbaijan)”ın Müşahidə Şurasına yeni üzv seçilib- FOTO

“Bank VTB (Azerbaijan)” ASC-nin Müşahidə Şurasının tərkibi dəyişib və Qorxmaz Ağayev MŞ-yə yeni üzv seçilib. O, hazırda “AtaHolding”in Hüquq Departamentinin direktorudur.

Report bu barədə Banka istinadən xəbər verir.

Bundan əvvəl Q.Ağayev “Azerbaijan Global Investments” şirkətində hüquq müşaviri, “Caspian Development Bank” ASC-də Müşahidə Şurasının üzvü, “AtaBank”da Risklərin idarə olunması Komitəsinin üzvü, “Atabank”da İdarə Heyətinin sədrinin baş hüquq müşaviri, “Bank of Baku”da Hüquq Departamentinin rəhbəri, korporativ hüquq şöbəsinin direktoru, korporativ hüquq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində fəaliyyət göstərib.

Eləcə də bax: Banklara təyin olunan müvəqqəti inzibatçıya xüsusi səlahiyyətlər verilə bilər

O, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 2003-cü ildə Bakı Dövlət Universiteti hüquq fakultəsinin mülki və kommersiya hüququ üzrə maqistraturasını, 2004-cü ildə isə maliyyə, inzibati və informasiya hüququ üzə aspiranturasını bitirib.Qorxmaz Ağayev Müşahidə Şurasına yeni üzv seçilib

Qeyd edək ki, hazırda Müşahidə Şurasının sədri Titov Vasiliy Nikolayeviç, sədrin müavini Rəşad Fərhad oğlu Rəsulludur. Müşahidə Şurasının tərkibinə daxil olan digər 3 üzv isə Popov Dmitriy Sergeyeviç, Tsaryov Sergey Vladimiroviç, Müseyib Fayaz oğlu Əliyevdir.

Bankın İdarə Heyətinin tərkibi sədr Yakovlev Yuriy Dmirtiyeviç və iki üzv – Zinovyev Vadim İqoreviç və Okayev İqor Anatolyeviçdən ibarətdir.

 

Son xəbərlər
Digər xəbərlər