9 C
Baku
Thursday, December 12, 2024

Banklara təyin olunan müvəqqəti inzibatçıya xüsusi səlahiyyətlər verilə bilər

“Banklar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsində müvəqqəti inzibatçıya xüsusi səlahiyyətlərin verilməsi nəzərdə tutulub. Qanun layihəsinə istinadən xəbərə görə, bankın kapitalının artırılması üçün müvəqqəti inzibatçı tərəfindən bir sıra tədbirlər nəzərdə tutulub.

Tədbirlərə əsasən, müvəqqəti inzibatçı kapitalının artırılması məqsədilə bankda mühüm iştirak payına malik səhmdarlarının və aidiyyati şəxslərinin bankda saxlanılan əmanətlərini 1-ci dərəcəli kapitala keçirəcək (bankın bu Qanunla tələb olunan çatışmayan kapitalı həcmində).

Buna da bax: “Nikoil Bank”ın səhmdarlarının növbədənkənar iclası keçiriləcək

Bundan başqa, qanun layihəsində müvəqqəti inzibatçı tərəfindən bankın mühüm iştirak payına sahib səhmdarlarının banka verdiyi subordinasiya borc öhdəliklərini ikinci dərəcəli kapitaldan 1-ci dərəcəli kapitala keçirilməsi nəzərdə tutulur.

Həmçinin qanun layihəsi ilə müvəqqəti inzibatçı bankın səhmdarı olduğu törəmə şirkətlər, mülkiyyətində olduğu daşınmaz əmlakı, digər aktivləri sata, girov qoya bilər.

APA

Son xəbərlər
Digər xəbərlər