19 C
Baku
Sunday, May 5, 2024

Bank VTB fərdi sahibkarlar üçün yeni məhsul təklif edir

Bank VTB (Azərbaycan) bazara yeni məhsul – fərdi sahibkarlar üçün nəzərdə tutulmuş 15 000 manatadək olan “Kommersant-ekspress” krediti təqdim etmişdir. Kredit fiziki şəxslərin – fərdi sahibkarlar və ya şirkət rəhbərlərin zəruri istehlak tələbatlarını ödəmək üçün nəzərdə tutulmuşdur.

Məhsulun konsepsiyası müasir dövr üçün unikaldır. Belə ki, sahibkarlıq fəaliyyətinə yeni başlamış istənilən şəxs, yəni 6 aydan az olmayan müddətə biznes fəaliyyəti ilə məşğul olan şəxs müvafiq kreditdən istifadə edə bilər.

Bank VTB (Azərbaycan) ASC-nin pərakəndə biznesin inkişafı Departamentinin direktoruTural Vəliyev: ““Kommersant-ekspress” krediti Azərbaycanda kiçik və orta sahibkarlığın istehlak tələbatını ödəməyə yönəldilmişdir. Sirr deyil ki, əksər sahibkarlar bütün vəsaitlərini biznesin genişləndirilməsinə yönəldir. Lakin bəzən şəxsi tələbatları ödəmək üçün nəsə əldə etmək zərurəti yaranır. Bizim yeni məhsul sahibkara imkan verir ki, öz dövriyyə vəsaitlərinə toxunmadan, istehlak tələbatını ödəmək üçün kreditdən istifadə etsin”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər