-1 C
Baku
Saturday, December 14, 2024

Bank VTB kredit üzrə 10 000-ci müştərisini təbrik etdi

Bank VTB dekabrın 26-da kredit üzrə on mininci müştərisi olan Yaqubov Vüqar Əjdər oğlunu qiymətli hədiyyələrlə təltif etmişdir. Belə ki, V.Yaqubova LG markalı televizor, “on minici müştəri” sertifikatı, 2 000 manat kredit limiti olan “Gold” səviyyəli kredit kartı təqdim olunmuşdur.

Təltifetmə mərasimi V.Yaqubovun kredit götürdüyü Bank VTB-nin “Əcəmi” filialında keçirilmişdir. Filialın direktoru Anar Zeynalov və VTB ASC-nin pərakəndə biznes İdarəsinin rəisi Tural Vəliyev on mininci borcalanı təbrik etmişlər. Çıxış edənlər pərakəndə biznes sahəsində Bankın əldə etdiyi nailiyyətlər haqqında danışmış və bütün tədbir iştirakçılarına qarşıdan gələn yeni ildə möhkəm can sağlığı, uğurlar və yeni nailiyyətlər arzulamışlar.
VTB-nin kredit üzrə on minici müştərisi olması barədə məlumatın onun üçün gözlənilməz olduğunu deyən Vüqar Yaqubov bankın xidmətlərinin səmərəliliyini çox qısa müddət ərzində hiss etdiyini vurğulamışdır. Burada onu həm faiz dərəcələri, həm də yüksək səviyyəli xidmət və əməkdaşların xoş münasibəti qane edir.

Bank VTB ASC-nin pərakəndə biznes İdarəsinin rəisi Tural Vəliyev: “İstehlak kreditlərinə və avtokreditlərə müştərilər tərəfindən böyük tələb var. Kreditləşmədə sərfəli şərtlər və Bankın “KİA”, “Chevrolet”, “Hunday” kimi avtosalonlarla fəal əmakdaşlığı müştərilərə geniş seçim imkanı yaradır. Beləliklə, son iki il ərzində 5 mindən artıq müştəri bizim bankın avtokredit xidmətindən istifadə etmişdir”.

Son xəbərlər
Digər xəbərlər