15 C
Baku
Saturday, April 20, 2024

“Bank VTB”də dövlətin payı azaldılır

Rusiya prezidenti Vladimir Putin “Bank VTB”-nin nizamnamə kapitalında dövlətin payının 42,83%-dək azaldılmasına icazə verib.Agentliyin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə dərc olunan müvafiq prezident fərmanında bildirilib.

Hazırda Rusiya Əmlakın İdarə edilməsi Federal Agentliyinin timsalında “Bank VTB”-nin əsas idarəedici səhmdarı hesab olunur.

Xatırladaq ki, 2016-cı ilin əvvəlində Rusiya hökuməti 2 il ərzində 1 trln. rubl həcmində dövlət səhmlərini satmaq niyyətini açıqlayıb. Planda VTB-nin səhmlərinin 10,9%-nin satışı da qeyd olunmuşdur. Bu ilin yanvarın ortalarında İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Aleksey Ulyukayev “Sberbank” və VTB-nin özəlləşdirilməsi məsələsini yenidən gündəmə gətirib.

Qeyd edək ki, 2007-ci ildə “Bank VTB” Azərbaycanda “AF-Bank” ASC-nin nizamnamə kapitalında 51%-lik iştirak payı alıb. Azərbaycan Mərkəzi Bankından 2009-cu ilin martın 19-da lisenziya alan bank 2008-ci ilin fevralında adını “Bank VTB (Azerbaijan)” ASC-yə dəyişdirib. Sonradan Azərbaycanın “AtaHolding” Şirkətlər Qrupu bankda 49%-lik iştirak payı alıb.

Report

Son xəbərlər
Digər xəbərlər