14 C
Baku
Monday, May 6, 2024

Banka necə işə düzəlmək olar?

Son illər gənclər arasında bankda işləmək həvəsi hələ də trenddə olan istiqamətlərdəndir. Əslində bunun bir neçə səbəbi vardır a) bankda əmək haqqlar nisbətən yüksəkdir b) banklara çox saylı işçi qüvvəsi lazım olur və iş axtarışı ilə bağlı məhz onların elanları daha tez-tez nəzərə çarpır c) bankda işləmək prestijlidir və s.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq banklara işə düzəlmək istəyənlərin sayı kifayət qədər çoxdur . Çünki universitetləri bitirən və hələ də oxuyan çoxlu sayda gənc var ki, onlar işsizdir və bazarda olan iş təklifi ilə işləmək istəyənlərin arasında balans çoxdan pozulmuşdur – loru dildə desək hər yerə düşən gənclərin sayı kifayət qədər çoxdur , bu məsələdən banklara işə düzəlməkdə kifayət qədər çətindir.

Ümumiyyətlə bankların elan etdikləri vakant yerləri bir neçə yerə bölmək olar .

  • əməliyyatçı – bu vakansiyaya adətən xanımlar nəzərdə tutulur , istisna hallarda gənc oğlanlar dəvət oluna bilər. Bu iş əsasən müştərilərin qəbulu , kredit , depozit və digər bank məhsullarının qeydiyyatı prosesini özündə cəmləyir.
  • Kredit işçisi – bu vakansiyalara əsasən oğlan işçilər dəvət olunur . Bu iş həm ofis həmdə sahə işi hesab olunur. Ofisdən əsasən istehlak kreditləri, sahə işi isə biznes müştərilərinin təhlili və s. özündə birləşdirir.

 Bəs banka işə düzəlmək şansını necə artırmaq olar?

Təbii ki, bilik və savad ən vacib meyarlardan biridir. Lakin bilik və savadın işə götürənə çatdırılması üçün sizə bunu nümayiş etdirmək üçün şans verilməlidir. Bəzən elə hallar olur ki, gənc çox savadlı olmasına baxmayaraq bu və ya digər səbəbdən ya öz biliyini nümayiş etdirə bilmir və ya ümumiyyətlə müsahibələrə dəvət olunmur. Aşağıda biz banklara işə götürülmə mərhələləri ilə bağlı qısaca da olsa danışmağa çalışacağıq.

  • Bankda iş üçün müraciətin ilkin mərhələsi CV və ya Tərcümeyi halın banka göndərilməsidir (müvafiq vakansiya ilə bağlı). Nümunə üçün CV formasını buradan yükləyə bilərsiniz. CV doldurub göndərən zaman aşağıdakı nüanslara ciddi yanaşmağı tövsiyyə edirik.

* CV faylının adını öz adınız ilə əvəz edin (CV.doc əvəzinə Filankesov_Filankes.doc)

* CV faylının adında Azərbaycan əlifbasından istifadə etməyin – yalnız ingilis.

* CV formasını yeni Word formatında göndərməyin, doc formatı arzu olunandır. (Filankesov_Filankes.docx )

* CV formasını göndərən zaman arzu olunandır emailin Mövzu (Subject) hissəsinə vakansiyanın adını qeyd edəsiniz.

* CV forması  ağır olmamalıdır (maksimum 200 kb)

*  CV formasında qeyri formal şəkil olmamalıdır.

* CV formasında bilikləriniz ətraflı qeyd olunmalıdır. Həmçinin iştirak etdiyiniz kurslar və təlimləridə qeyd etməyi unutmayın.

*  Əgər universitetə yüksək bal ilə qəbul olunmusunuzsa onu mütləq qeyd edin.

* CV formasını müraciət edəcəyiniz işə uyğunlaşdırın . Bəzən olur ki, gənclərimiz hansı vakansiya olmasından asılı olmayaraq Corel Draw, Adobe Photoshop və s. proqramların adını qeyd edirlər. Bu işlərin heç birində bir başa bu proqramlar tələb olmur – bu sadəcə sizin CV-nin təsir gücünü azaldır.

  • Banklarda işə düzəlmək işləyən şəxslərin iqtisadi təhsilinin olması arzu olunandır. Lakin bu o demək deyil ki, iqtisadi təhsili olmayan gənclərin heç bir şansı yoxdur – sadəcə şans nisbətən azdır. Bəzən iqtisadi təhsili olmayan şəxsin digər elə üstün cəhətləri və ya bilikləri olur ki, digərlərini kölgədə qoya bilir.
  • Təcrübənin olması arzu olunandır. Bu nəinki bankda iş üçün, həm də sizin bir işçi kimi formalaşmağınızda kifayət qədər təsiri vardır. Eləcədə belə təcrübə sizə bankda öz yerinizi daha tez tutmağa , kollektivdə işləmə prinsipləri mənimsəməkdə əvəzsiz rol oynaya bilər.
  • Ali təhsilin olması – hazırda ən çox verilən suallardan biri məhz budur. Bəzi texnikom və ya kollec bitirmiş gənclərimiz onların bankda işləmə şansları haqqında söhbət açmağı xahiş edirlər. Təbii ki, ali təhsil (daha yaxşı olardı iqtisadi təhsil) olan şəxslərin şansları daha çoxdur. Əlavə olaraq onuda qeyd etmək istərdik ki , hazırda ali təhsilli lakin işsiz insanların sayı həddən artıq çox olduğundan texnikom və ya kollec bitirən gənclərin şansları bir azda azalmışdır. Ona görə, əgər bankda yaxşı karyera qurmaq fikriniz varsa ali təhsil almağınız qaçılmazdır.
  • Mətinqi məsələlər həll edin – Əgər yuxarıdakı mərhələləri keçdikdən sonra sizi banka dəvət edirlərsə çox gümanki sizi məntiqi məsələlər üzrə imtahan ilə sınayacaqlar. Ona görə indidən bu tip məsələlərin həlli üzərində işləyin. Bununla bağlı satışda çoxlu sayda kitab vardır. Qeyd edək ki, bəzi banklar məntiqi məsələlərlə yanaşı digər sahələrdəndə suallar salırlar.
  • Banka müsahibəyə gedən zaman mütləq bank haqqında məlumat toplayın – Bankın saytına daxil olun, bank haqqında bir neçə faktı , hansı tip kreditləri təxminən neçə faizlə verməsi və s. haqqında məlumat toplayın. Bəzən müsahibə zamanı elə şərait yarana bilərki bu tip suallara cavab verməklə siz əlavə xal qazana bilərsiniz.
  • Müsahibəyə dəvət olunduğunuz iş və ya bankda işləmək istədiyiniz iş haqqında çoxlu sayda materiallar oxuyun – Bu punkt sonda qeyd olunmasına baxmayaraq , bəlkə də burada qeyd olunan məsələlərdən ən vacibidir. Sizin müraciət etdiyiniz iş haqqında geniş məlumatınızın olması sizin bu işi nə dərəcədə tez qavramağınızın əyani sübutudur. Əlavə olaraq, banklarda artıq işin nəzəriyyəsini bilən şəxslərə daha üstünlük verir – çünki yeni işçiyə sərf olunmuş vaxt və əziyyət heç də az deyildir.
Son xəbərlər
 ⁠
Digər xəbərlər

1 comment

Comments are closed.