Bakı Apellyasiya Məhkəməsində “Parabank”a qarşı dələduzluq etməkdə təqsirləndirilən Sevda Kərimovanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə icslası başa çatıb.
Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, “Parabank”ın 12 min 500 manat dəyərində mülki iddiası təmin edilib. Lakin dövlət ittihamçısının apellyasiya protesti və təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, S.Kərimova “Parabank”ın Nəsimi filialının sabiq əməkdaşı olub. İttiham aktına əsasən, o, bankın 124 min 454 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
S.Kərimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldiuldikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Məhkəmə istintaqı dövründə banka dəymiş ziyanın bir çoxu ödənilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi S.Kərimovanın barəsində şərti cəza verib. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən naqazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş isə apellyasiya şikayəti verib. Həmçinin S.Kərimova da Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.