6 C
Baku
Saturday, December 14, 2024

Bankçılıq nəhəngi iflas edə bilər: 38 milyardlıq mühasibat firıldaqçılığı

ABŞ mərkəzli elektronika və bankçılıq nəhəngi “General Electric” (GE) ilə bağlı mühasibat firıldaqçılığı iddiası ortaya çıxıb

Xarici KİV-ə istinadən xəbər verir ki, məşhur araşdırmaçı Heri Markopolos “”Enron”dan daha böyük fırıldaqçılıq olan “General Electric”” adlı hesabat hazırlayıb. Həmin hesabata əsasən “General Electric”in 38,1 milyard dollar dəyərində zərərini gizlətdiyi iddia olunub. Hesabatda həmçinin şirkətin açıqlanandan daha az nağd vəsaitə sahib olduğu və şirkətin iflasa yönəldiyi qeyd olunur.

Hesabata əsasən “General Electric”in 38,1 milyard dollarlıq fırıldaqçılığı onun bazar kapitalizasiyasının 40%-i aşır. Məlumata əsasən bu, mühasibat saxtaxarlıqları edərək mövcud maliyyə durumunu gizlədən və sonra iflasdan qurtula bilməyən “Enron” ve “WorldCom” kimi nəhəng şirkətlərin etdiyi saxtakarlıqdan daha böyükdür.

Qeyd edək ki, ABŞ-ın ən böyük təbii qaz paylanması ilə məşğul olan şirkəti “Enron” qeyri-leqal mühasibat qaydalarını tətbiq etmiş və maliyyə vəziyyətini olduğundan daha yaxşı göstərmişdi. Mövcud durum ortaya çıxdıqdan sonra isə şirkətin səhmləri birjada sürətlə ucuzlaşmış və şirkət iflasdan xilas ola bilməmişdi. İflasından sonra isə ABŞ-da 4,5 min, bütün dünyada isə 85 min nəfər işini itirmişdi.

Bi zamanlar dünyanın ən dəyərli şirkətlərindən olan “General Electric”in də son illərdə mövcud vəziyyətinin yaşı olmadığı iddia olunur. Belə ki, ötən il şirkətin baş icraçı direktoru Con Flaneri vəzifəsindən azad edilmiş, onun yerinə isə Lorens Kalp təyin olunmuşdu.

Qeyd edək ki, araşdırmanın yayınlanmasından sonra şirkətin səhmləri 12%-ə yaxın dəyər itirib.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər