-1 C
Baku
Sunday, December 15, 2024

Bankdan xanımlara “8 Mart” hədiyyəsi!

Kapital Bank qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün gündəlik tələbat kreditləri üzrə komissiya haqqını ləğv etdi. Belə ki, 1 – 7 mart tarixləri ərzində Kapital Bankdan “Gündəlik tələbat” kredit növü üzrə rəsmiləşdirilən kreditlərə görə xanımlar heç bir əlavə xərc ödəməyəcəklər. Kapital Bankdan maaş və ya pensiya alan xanım müştərilər bu güzəştli kampaniyadan faydalana bilərlər.

Faktiki illik faiz dərəcəsi (FİFD) – 19.73%-dən başlayan “Gündəlik tələbat” krediti 24 ay müddətinədək verilir. Kreditin maksimal məbləği 15,000 manat təşkil edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 4 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini Kapital Bankın filiallarında, pay.kapitalbank.az saytında və müxtəlif terminallar vasitəsilə həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.0%Compaign_fb-post--instagram

 

 

 

Son xəbərlər
Digər xəbərlər